Bank Of Baku

2 fevral – Gənclər günü münasibətilə Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb

2 fevral – Gənclər günü münasibətilə Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb
# 02 fevral 2010 09:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Mərkəzi Sərgi Salonunda 2 fevral – Gənclər günü münasibətilə Azərbaycanın gənc rəssamlarının sərgisi keçirilib. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan sərgidə 180-ə yaxın müxtəlif janrlarda rəsm əsərləri nümayiş olunub. Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov hazırda Azərbaycan gənclərinə göstərilən qayğının nəticəsində istedadlı gənclərin üzə çıxdığını qeyd edib: “Artıq 15 ilə yaxındır ki, mütəmadi olaraq Gənclər və İdman Nazirliyi ilə birgə sərgi təşkil edirik. Bu illər ərzində sərgilərdə iştirak edən gənc rəssamlardan artıq 7-si əməkdar rəssam adına layiq görülüb. Son illər gənclərə böyük qayğı göstərilir, prezident təqaüdü alırlar. Gənclərin həm xaricdəki sərgilərdə iştirakı, eyni zamanda fərdi sərgilərinin təşkili dəstəklənir”.

Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov, Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri çıxış edib və Azərbaycan gəncliyinə uğurlar arzulayıblar.

Sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR