Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika rəssamlarının kitablarını Miniatür Kitab Muzeyinə təqdim edib - FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika rəssamlarının kitablarını Miniatür Kitab Muzeyinə təqdim edib - <font color=red>FOTO</font>
# 02 fevral 2010 16:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Fevralın 2-də ABŞ-ın Azərbaycandakı səfirliyi 40 amerikalı rəssam tərəfindən hazırlanan qeyri-adi miniatür kitab kolleksiyasını Miniatür Kitab Muzeyinə təqdim edib.

APA-nın məlumatına görə, mərasimdə səfirliyin müvəqqəti işlər üzrə vəkili Donald Lu kolleksiyanı Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru Zərifə Salahovaya rəsmən təhvil verib.

Kitab formasında olan miniatür əsərlər-fərdi incəsənət əsərləri Bakıda dekabrda ABŞ səfirliyinin 4-cü Beynəlxalq Müasir İncəsənət Biennalesi üzrə keçirdiyi sərgidə nümayiş olunub. Muzey mühafizələri Syuzan Riis Horvits və Robert Roiş bu əsərləri Bakıya gətirib və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında seminarlar keçiriblər. Rəssamların miniatür kitabları Birləşmiş Ştatlarda populyarlıq qazanıb. Bu sərgi üçün seçilmiş amerikalı rəssamların əksəriyyəti Bakıdakı Miniatür Kitab Muzeyi ilə yaxından tanışdırlar.

Cənab Lu həmçinin bildirib ki, Miniatür Kitab Muzeyi bu əsərlər üçün gözəl evdir: “Biz çox məmnunuq ki, Azərbaycanın hər yerindən kitab və incəsənət sevərlər, həmçinin dünyanın hər yerindən bu ölkəyə səfər edən qonaqlar bu əsərləri görə biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR