Bank Of Baku

Gənclərdən ibarət simfonik orkestr Sumqayıtda konsert verib

Gənclərdən ibarət simfonik orkestr Sumqayıtda konsert verib
# 03 fevral 2010 07:57 (UTC +04:00)
Sumqayıt - APA. Əməkdar incəsənət xadimi Teymur Göyçayevin rəhbərliyi ilə gənclərdən ibarət simfonik orkestr Sumqayıtda konsert proqramı ilə çıxış edib.

2 Fevral - Gənclər günü münasibətilə təşkil edilən konsert Mədəniyyət və Turizm Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. S.Vurğun adına Mədəniyyət Sarayında baş tutan konsertdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Orkestrin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR