Bank Of Baku

Moskva Böyük Teatrının səhnəsində Polad Bülbüloğlunun «Məhəbbət və ölüm» baletinin premyerası keçirilib - FOTOSESSİYA

Moskva Böyük Teatrının səhnəsində Polad Bülbüloğlunun «Məhəbbət və ölüm» baletinin premyerası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 04 fevral 2010 03:02 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Moskva Böyük Teatrının səhnəsində Azərbaycanın xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiriPolad Bülbüloğlunun «Məhəbbət və ölüm» baletinin premyerası keçirilib.

Yekaterinburq Opera və balet Teatrının quruluşunda təqdim olunan tamaşa Rusiya Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub və bəstəkarın 65 illiyinə həsr olunub.

Premyeranın əvvəlində Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Rusiya musiqi sənəti ilə Azərbaycan musiqi sənəti arasında dərin əlaqələr və vərəsəlik ənənəsi mövcuddur: «bildiyimiz kimi, Polad Bülbüloğlu dahi Qara Qarayevin tələbəsidir. Qara Qarayev isə böyük Şostakoviçin tələbəsi olub. Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikov kimi bəstəkarları rus balet teatrı üçün musiqi yazıblar. Bu mənada Polad Bülbüloğlu ənənəni davam etdirir».

Qeyd edək ki, «Məhəbbət və ölüm» baletinin süjeti «Kitabi-Dədə-Qorqud» dastanından götürülüb. Əsərin baş qəhrəmanları Azər adlı gənc oğlan və Baycan adlı gənc qızdır. Onların faciəvi məhəbbət əfsanəsi səhnədə canlanaraq Azərbaycan dövlətinin adını tərənnüm edir.

Tamaşaya Rusiyanın əməkdar incəsənət xadimi, Samara Akademik Opera və balet teatrının baş baletmeysteri Nadejda Malıqina quruluş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR