Bank Of Baku

Rəssamlar İttifaqına yeni üzvlər qəbul olunacaq

Rəssamlar İttifaqına yeni üzvlər qəbul olunacaq
# 04 fevral 2010 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu il Azərbaycan Rəssamlar İttifaqına yeni üzvlərin qəbulu həyata keçiriləcək. Bu barədə APA-ya məlumat verən Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayev sonuncu dəfə Rəssamlar İttifaqına 2005-ci ildə yeni üzvlər qəbul olunduğunu deyib: “İttifaqa qəbul beş ildən bir həyata keçirilir. 9 bölməmiz fəaliyyət göstər və hər bölməyə bir neçə rəssamın qəbulunu nəzərdə tuturuq”.

Ə. Qarayev bildirib ki, Rəssamlar İttifaqına üzvlüyə qəbul olunan rəssamın öncə peşəkarlığına diqqət yetirilir: “Rəssamlar İttifaqı professional rəssamların birliyidir. Üzvlüyə qəbul olunan rəssamın da professional səviyyədə olması, eyni zamanda bir sıra beynəlxalq sərgilərdə iştirakı, üç professional sənətkarın onun üzvlüyünə zəmanət verməsi lazımdır. Bütün bunlardan sonra Rəyasət Heyəti baxır və qərarını verir”.

İttifaq katibi onu da əlavə edib ki, Azərbaycan rəssamlarının bu gün emalatxanalara çox böyük ehtiyacı var. Dövlət başçısının sərəncamı ilə tikilməsi nəzərdə tutulan emalatxana üçün artıq dəniz ətrafında yerin hazır olduğunu söyləyən Ə. Qarayev, binanın tikintisi üçün maliyyə problemlərinin olduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR