Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Axırıncı qatar” əsəri səhnələşdirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Axırıncı qatar” əsəri səhnələşdirilib
# 04 fevral 2010 12:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi fevralın 7-də K. Sergeykonun “Əlvida yarğan” povesti əsasında İ. Fəhminin səhnələşdirdiyi “Axırıncı qatar” (“İtlər”) adlı tamaşanı təqdim edəcək. Teatrdan APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı xalq artisti Oktay Kazımi, geyim üzrə rəssam Tatyana Şemeleva, rəqslərin quruluşu isə Fərhad Vəliyevə məxsusdur.

“Səfillər üçün Brodyev” janrında hazırlanan tamaşada baş rolları teatrın aparıcı aktyorları, əməkdar artistlər Şövqi Hüseynov, Seyidşah Məmmədov, Nofəl Vəliyev, aktyorlar Elşən Rüstəmov, Nəsibə Eldarova, Almaz Mustafayeva və başqaları ifa edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR