Azərbaycanda əsərləri ən baha qiymətə satılan rəssamlar kimlərdir? - ARAŞDIRMA
Araşdırma zamanı məlum olub ki, Azərbaycanda əsərləri ən baha qiymətə satılan rəssam əməkdar incəsənət xadimi Sakit Məmmədovdur. Adı çəkilən rəssamın bir rəsm əsərinin qiyməti 50-200 min manat təşkil edir. Fransada yaşayan azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun da əsərləri 40-50 min arasında, bəzən 60 minə satılır. Ancaq rəssamın xaricdə yaşaması, əsərlərinin satışını orada həyata keçirməsinə imkan yaradır. Əsərləri baha qiymətə satılan rəssamlar sırasında Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da var. Xalq rəssamının bir əsərinin qiyməti orta hesabla 30 min manat təşkil edir. Ancaq bu qiymət əsərin ölçüsünə, mövzusuna görə dəyişə bilər. F. Xəlilovdan 10 min manat məbləğinə də rəsm əsəri almaq olar. Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov da əsərləri baha satılan rəssamlar arasındadır. Rəssamın əsərlərinin qiyməti 30-40 min ətrafında dəyişir. Rəssam Mirzə Mikayılovun da əsərlərinin qiyməti 20-30 min təşkil edir. İttifaqın katibi Ənvər Qarayevin əsərləri isə 15-20 min manat arasında satışa çıxarılır. Kukla hazırlayan rəssamlar arasında ən çox gəlir əldə edən Elmira Abbaslıdır. Əldə etdiyimiz məlumata görə, Elmira Aslanlının bir kukla əsəri 15-20 min manata satışa çıxarılır.
Azərbaycanın mərhum rəssamların əsərləri də vaxt ötdükcə daha yüksək qiymətə satılır. Öyrəndik ki, bu gün bazarda görkəmli rəssam Səttar Bəhlulzadənin əsərlərinə çox böyük tələbat var. Səttar Bəhlulzadənin əl işləri 60 min, bəzən isə 100 min manata satılır.
Araşdırma zamanı məlum olub ki, rəsm əsərlərin konkret qiymətləri olmur, bu proses alıcı ilə rəssam arasında razılaşdırma yolu ilə həyata keçirilir. Azərbaycanın xalçaçı rəssamların əsərləri də qeyd olunan qiymətlərdən də baha satılır.
Rəsm əsərinin qiyməti ölçüsündən, məziyyətindən, mövzusundan asılı olaraq dəyişir. Əsərlərin qiymətinin müəyyənləşməsi, daha doğrusu baha və ya ucuz satılmasında rəssamların aldığı fəxri adlar da təsir göstərir. Belə ki, xalq rəssamlarının əsərləri daha baha, əməkdar rəssamlarının əsərləri nisbətə aşağı, fəxri adları olmayan rəssamların əsərləri isə aşağı qiymətə satılır. Bu gün Azərbaycanda ən bahalı rəsm əsərinin qiyməti 60 min manatdır.
Azərbaycan rəssamlarının əsərlərinə Vətəndən çox dünya bazarında daha çox tələbat var. Tanınmış Azərbaycan rəssamları adətən əsərlərini xaricdə satışa çıxarırlar. Azərbaycanın daxilində satılanlar ucuz əsərləri hər hansı xarici ölkədə daha baha qiymətə satmaq mümkündür. Dünya bazarında azərbaycanlı rəssamlar daha yüksək imicə malikdir. Xaricə getmək imkanı olmayan rəssamlar adətən öz əsərlərini işbazlara satırlar ki, sonuncu da Azərbaycanda ucuz qiymətə aldığı əsəri xaricdə nisbətən baha qiymətə satmağa müvəffəq olur.
Rəsm əsərləri arasında rəngkarlıq, eyni zamanda dekorativ-sənət janrında çəkilmiş əsərlər daha baha qiymətə satılır. Bu cür əsərlərin baha satılmasına səbəb belə əsərlərin çəkilməsinin daha çox zəhmət tələb etməsidir. Xaricdə əsərlərinə daha çox ehtiyac duyulan, daha doğrusu ən çox əsərləri satılan rəssamlar arasında Sakit Məmmədov və Eldar Mikayılovun adını qeyd etmək olar.
Xalçaçı rəssamlar arasında əsərlərinə daha böyük ehtiyac olan Eldar Mikayılov, Aydın Rəcəbov və Eldar Hüseynovdur. Satışa çıxarılan xalçaların qiymətinə toxunuş, material və rəssamlıq qabiliyyəti kimi amillər nəzərə alınır. Xalçaların qiyməti ölçüsündən, rənglərin mürəkkəbliyindən, mövzudan, materialdan, eləcə də toxunuş sıxlığından asılı olaraq müəyyənləşir. Xalça əsərlərinin qiyməti 60-100 min manat arasında dəyişir. Araşdırma zamanı o da məlum olub ki, azərbaycanlı xalçaçı rəssam Eldar Mikayılova Roma Katolik Kilsəsindən xalça sifariş olunub və bu xalça 100 min manata satılıb.
Qeyd edək ki, dünyanın sənət aləmində avanqard janrda əsərlərə daha çox önəm verilsə də, bu hal Azərbaycana aid deyil. Azərbaycan sənətsevərləri müasir avanqard əsərlərə o qədər də maraq göstərmirlər.
Bu gün Azərbaycanda 500-1000 manata rəsm əsəri əldə etmək isə mümkünsüz hala çevrilib. Hazırda ölkəmizdə bu məbləğə əsər almaq mümkündür, ancaq bu əsərin peşəkarlığı şübhə altındadır. Xarici ölkələrdə isə 1000 dollara əsər almaqdan söhbət belə gedə bilməz. Çünki rəssamlara və rəsm əsərlərinə yüksək qiymət verən xarici ölkələrdə əsərlərin satış qiyməti 10 min dollardan başlayır. Azərbaycanda qiyməti min manatadək olan əsərlər bu cür qiymətə satılan əsərlər professional hesab olunmur.
Bəs Azərbaycan Rəssamlar İttifaqı rəsm əsərlərinin qiymətinin müəyyənləşməsinə nəzarət edirmi? Apardığımız araşdırma zamanı məlum olub ki, peşəkar rəssamların toplandığı bu qurumda rəsm əsərlərin qiymətinə nəzarət edilmir. Əvvəllər bu funksiyanı ittifaqın nəzdində qiymətləri müəyyənləşdirən bədii fond həyata keçirib, lakin hazırda qiymətlər razılaşma əsasında aparılır. Yəni hər rəssam öz əsərinin qiymətini özü müəyyənləşdirir. Maraqlıdır ki, digər sahələrdə ciddi problemə çevrilən müəlliflik hüququ problemi rəssamlıq sənətində demək olar ki, yoxdur. Hələlik Azərbaycanda heç bir rəssamın əsəri digər müəllifin adı ilə satılmayıb. Rəssamlar bunu çəkdikləri hər əsərə öz övladları kimi baxmaları ilə izah edirlər. Onların fikrincə, əsərin ucuz qiymətə olsa da, rəssamın öz adı ilə satılması daha məqsədəuyğundur.
Xaricə rəsm əsərlərinin aparılması qaydalarına gəlincə isə bu xüsusi qaydada həyata keçirilir. Bunun üçün Azərbaycan Dövlət İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət və Turizm Nazirliyinin xüsusi komissiyasından icazə alınmalıdır. Əgər əsərlərin muzey əhəmiyyətlidirsə, komissiya əsərlərin ölkədən çıxarılmasına icazə vermir, xüsusi ilə də antik əsərlərin, yəni 70-100 il bundan əvvələ aid olan əsərlərin ölkədən çıxarılması qadağandır. Müəllif əsərlərinin işinə isə komissiya xüsusi icazə verməli, əsərin arxasına möhür vurulmalıdır. Eyni zamanda komissiya üzvləri əsərin xaricə satışa çıxarılmasına icazə kağızını öz imzaları ilə təsdiqləməlidir. Yalnız bundan sonra əsər respublikadan kənara çıxarıla bilər. Əsərlərin ölkədən çıxarılmasına iki cür icazə verilir. Birinci icazə forması əsərin Azərbaycandan çıxarıldıqdan sonra yenidən geri qaytarılması şərti ilə verilir. Bu, əsasən xarici ölkələrdə əsərlərinin fərdi sərgisini təşkil edən rəssamlara şamil olunur.
İkinci icazə forması isə rəsm əsərlərinin satış məqsədilə ölkədən kənara çıxarılması ilə bağlıdır. Rəssam əsəri xaricə aparmaq üçün icazəni 12 manat dövlət rüsumu ödəməklə ala bilər. Əgər həmin əsər xaricdə satılarsa, bu zaman rəssam həm də gəlir vergisi ödəməlidir. Rəssamların xaricə satış məqsədilə neçə əsər aparmasına isə limit qoyulmayıb. Rəssam hər əsərə görə müvafiq dövlət rüsumunu ödəməklə istənilən sayda əsərini xaricə satmaq üçün apara bilər.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 172 nəfər xilas edilib, 6 nəfər ölüb- YENİLƏNİB-2
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib