Bank Of Baku

Gəncə Dövlət Kukla Teatrı Türkiyədə keçiriləcək festivala dəvət alıb

Gəncə Dövlət Kukla Teatrı Türkiyədə keçiriləcək festivala dəvət alıb
# 08 fevral 2010 07:57 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə Dövlət Kukla Teatrı Türkiyədə keçiriləcək gənclər və uşaq teatrlarının festivalına dəvət alıb. Gəncə Dövlət Kukla Teatrından APA-nın qərb bürosuna verilən məlumata görə, Kukla teatrının kollektivi bu festivalda Ruslan Həsənlinin “Ağca və Sarıca” tamaşası ilə çıxış edəcək. Türkiyədə keçiriləcək festival 7 gün davam edəcək.

Qeyd edək ki, kukla teatrının aktyor truppası yaxın vaxtlarda azyaşlı tamaşaçılarına “Yaxın dostlar”, “Qoca Kloun”, “Çətin Məsələ”, “Qoğal”, “Balaca Quzunun Kələyi” adlı tamaşalara təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR