Bank Of Baku

Azərbaycanda 1912-ci ildən bu günə qədər çəkilmiş xarici filmlərin siyahısı hazırlanıb

Azərbaycanda 1912-ci ildən bu günə qədər çəkilmiş xarici filmlərin siyahısı hazırlanıb
# 08 fevral 2010 08:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev tərəfindən Azərbaycanda 1912-ci ildən bu günə qədər çəkilmiş xarici filmlərin siyahısı hazırlanıb. Bu barədə APA-ya məlumat verən C. Quliyev deyib ki, hazırlanmış siyahı kataloqa daxil ediləcək. Onun sözlərinə görə, Azərbaycanda ilk xarici filmi 1912-ci ildə gürcü rejissoru Vasili Amaşupeli çəkib. Azərbaycanda 1912-ci ildən bu yana qədər 25-dən artıq xarici film çəkilib. Həmin bu filmlərin siyahısı Dövlət Film Fondunun II kinobülletenində çap olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR