Bank Of Baku

Azərbaycan Dövlət Film Fondunun ekspozisiyası yeni qiymətli eksponatlarla zənginləşdirilib

Azərbaycan Dövlət Film Fondunun ekspozisiyası yeni qiymətli eksponatlarla zənginləşdirilib
# 08 fevral 2010 08:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondunun ekspozisiyası yeni qiymətli eksponatlarla zənginləşdirilib. Film Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, bu eksponatlar arasında görkəmli kinooperator Teyyub Axundovun vaxtı ilə istifadə etdiyi “Kiyev” markalı fotoaparat da var. Fondun bərpaçıları tərəfindən 1985-xi ldə rejissor Ceyhun Mirzəyevin çəkdiyi “İşarəni dənizdə gözləyin” filmi üçün hazırlanmış gəminin maketi, eyni zamanda 40-cı illərdə istifadə olunan səsyazma aparatı - aksoqraf bərpa olunub və fonda daxil edilib.

C. Quliyev onu da bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli kinorejissor Hüseyn Seyidzadənin 100 illik yubileyi ərəfəsində “Qaynana” filmi bərpa olunub. Film Rusiya Dövlət Film Fionudunun köməyi ilə bərpa olunub və fonda gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR