Bank Of Baku

Bakıda Böyük Britaniyanın müasir incəsənət rəsm əsərlərinin sərgisi keçiriləcək

Bakıda Böyük Britaniyanın müasir incəsənət rəsm əsərlərinin sərgisi keçiriləcək
# 10 fevral 2010 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “British Council”, Azərbaycan Rəssamlıq Akademiyası və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda müasir Britaniya incəsənət əsərlərinin sərgisi keçiriləcək. “British Council”dan APA-ya verilən məlumata görə, sərgi 20-28 fevral tarixlərində Azərbaycan Rəssamlıq Akademiyasında təşkil olunacaq. Sərgidə “British Council”-ın zəngin və mükəmməl incəsənət kolleksiyasından əsərlərin nümayişi nəzərdə tutulur. “Daş, Kağız, Qayçı - 1950-ci ildən başlayaraq bu günə qədər “British Council” Kolleksiyasında olan heykəltəraşların işlərinin sərgisi” adlanacaq tədbirdə tanınmış rəssamların işləri göstəriləcək. Sərgidə bəzi zəngin ottisk əsərlərinin ilk dəfə nümayişi ilə yanaşı Henri Murun 1984-cü ildə “British Council”-ın 50-ci il dönümü münasibətilə təqdim etdiyi qrafik işinin gözəl nümunələrinə də rast gəlmək mümkün olacaq. Sərgi iştirakçıları Dəmian Hirst, Treysi Emin, Aniş Kapur, Mayk Nelson, Anya Qalasio kimi Böyük Britaniyanın aparıcı rəssamlarının müasir əsərləri ilə yanaşı Eduardo Paolozzi və Vilyam Törnbul kimi rəssamların bu sahədə navator işləri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Məlumatda o da bildirilib ki, “British Council” altmış ildən artıqdır ki, incəsənət əsərləri və dizayn işlərini toplayır. “British Council” Kolleksiyasının heç bir daimi qalereyası yoxdur və “Divarsız Muzey” kimi tanınır. Bu kolleksiya Böyük Britaniya rəssam və sənətkarların nailiyyətlərini və yaradıcı ideyalarını təbliğ etmək məqsədi daşıyır.
Sərginin rəsmi açılış mərasimi fevralın 22-də Rəssamlıq Akademiyasında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR