Film | Kinostudiya | Rejissor | İl |
“Dərbənd tankeri” | “Odessa” | A.Fayntsimmer | 1941 |
“Bir ailə” | “Mosfilm” | Q.Aleksandrov, R.Tahmasib, M.Mikayılov | 1943 |
“Son düym” | “Mosfilm” | T.Vulfoviç, V.Kurixin | 1959 |
“Amfibiya adam” | “Mosfilm” | V.A.Çebotaryov və Q.Kazanski | 1962 |
“Bəyaz karvan” | “Gürcüstanfilm” | E.Şengelaya | 1964 |
“Aybolit-66” | “Mosfilm” | R.Bıkov | 1966 |
“Brilliant əl” | “Mosfilm” | L.Qayday | 1969 |
“Mənim mehriban atam” | “Lenfilm” | V. Usov | 1970 |
“Bu şirin azadlıq sözü” | “Mosfilm” və Litva kinostudiyası | V.Jalakyaviçus | 1973 |
“Çilidə gecə” | “Mosfilm” | S.Alarkon və A.Kosarov | 1977 |
“Dulsineya Tobosskaya” | “Mosfilm” | S.Drujinina | 1980 |
“Tehran-43” | “Mosfilm” | A.Alov və V.Naumov | 1981 |
“Kondorun enməsi” | “Mosfilm” | S.Alarkon | 1982 |
“Baterflayın qayıdışı” | “Dovjenko” | O.Fialko | 1982 |
“Suram qalası haqqında əfsanə” | “Gürcüstanfilm” | S. Paracanov | 1984 |
“Yaguar” | “Mosfilm” | S. Alarkon | 1986 |
“Müsahibə götürən adam | “Belarusfilm” | Y. Maruxin | 1986 |
“Don Kixot və Sançonun həyatı” | “Gürcüstanfilm” | Çxeidze | 1987 |
“Qovma” | “Mosfilm” | İ. Qostyev | 1987 |
“Aşıq Qərib” | “Gürcüstanfilm” | S. Paracanov | 1988 |
“Bir dünya da bəs etməz” | “MGM” (Böyük Britaniya və ABŞ) | Maykl Epted | 1999 |
“Yaz ərəfəsi” | Polşa istehsalı | Fillip Bayon | 2000 |
“Drongo” 13 seriyalı film | “NTV” (Rusiya) | Z.Royzman | 2002 |
“Qraf Krestovski” 11 seriyalı film | “NTV” (Rusiya) | R. Fətəliyev | 2004 |
“Rus tərcüməsi” 8 seriyalı film | “NTV” (Rusiya) | Y.Çeriyayev | 2005 |
“Silah” 10 seriyalı film | “Vvıs” (Rusiya) | A. Kasatkin | 2008 |
“Absurdistan” | Almaniya istehsalı | F.Xelmer | 2008 |
“Vəsiyyət üzərində nigah”8 seriyalı film | “Feniksfilm” (Rusiya) | V. Serikov | 2009 |
Son 100 ildə Azərbaycanda çəkilən xarici filmlərin siyahısı açıqlanıb - SİYAHI
10 fevral 2010 15:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 1912-ci ildən etibarən bir çox ölkələrdə istehsal olan çoxsaylı xarici filmlərin çəkilişi Azərbaycanda aparılıb. Həmin filmlər sırasında rejissoru erməni olan ekran işləri də var. Bu siyahıda qonşu ölkələrlə yanaşı, uzaq ölkələrin də istehsal etdiyi filmlərin olması maraq doğurur. APA 1912-ci ildən başlayaraq ölkəmizin müxtəlif bölgələrində, əsasən isə paytaxt şəhərdə çəkilən xarici filmlərin siyahısını təqdim edir. Bu siyahı Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev tərəfindən hazırlanıb. 1912-ci ildə Azərbaycanda çəkilən ilk xarici film Gürcüstana məxsusdur. Həmin il gürcü rejissoru V. Amaşukeli ölkəmizdə “Akakiy Tseretselinin Raça-Leçxumiya səyahəti” filmini çəkib. 1926-cı ildə gürcü rejissor İ. Peristianinin “Knyajna Şirvanskayanın cinayəti” filminin də çəkilişləri Azərbaycanda aparılıb. Rejissorlar B. Barnet və S. Mərdanovun “Mejrabpomfilm” və “Azərfilm”in birgə istehsalı olan “Ən mavi dənizin sahilində” filmi 1935-ci ildə Bakıda ekranlaşdırılıb. Bu ildən sonra Azərbaycanda çəkilən xarici filmləri xüsusi cədvəldə təqdim edirik.
İncəsənət
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO
08:06
9 may 2024
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin qonağı Siyavuş Kərimi olub - FOTO
02:55
8 may 2024