Bank Of Baku

“Montanada muğam” filmi beynəlxalq kinofestivalda növbəti mükafata layiq görülüb

“Montanada muğam” filmi beynəlxalq kinofestivalda növbəti mükafata layiq görülüb
# 11 fevral 2010 14:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Amerikalı jurnalist Tomas Qoltsun 2007-ci ildə çəkdiyi “Montanada muğam” adlı 15 dəqiqəlik sənədli filmi Kaliforniyada keçirilən beynəlxalq kinofestivalda növbəti mükafata layiq görülüb. Xanəndə Qoçaq Əsgərovun APA-ya verdiyi məlumata görə, bu nominasiyada müxtəlif ölkələr üzrə 15 film mübarizə aparıb və “Montanada muğam” filmi münsiflər heyətinin rəğbətini qazanıb.
Xanəndə bildirib ki, filmlərin mükafatlandırılma mərasimi fevralın 26-da Kaliforniyanın Mamont Leyks şəhərciyinin “Vestin Monache Resor” otelində keçiriləcək. Mükafat filmin rejissoruna təqdim ediləcək. Sənədli film xanəndə, 2009-cu ildə Səmərqənddə keçirilən “Şərq Təranələri” beynəlxalq muğam festivalının qalibi Qoçaq Əsgərovun 2007-ci ildə Montanada verdiyi muğam proqramını əhatə edir. Onu konsertdə “Qədim Şərq” qrupu müşayiət edib.
Qeyd edək ki, bu konsert Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşkilatçılığı və YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın layihəsi əsasında keçirilib.
Xatırladaq ki, Tomas Qoltsun sözügedən filmi bundan öncə hər il keçirilən Beynəlxalq “Yosemite” kinofestivalında qısametrajlı filmlər nominasiyasında “El Caritan” mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR