Bank Of Baku

“Təmiz şəhərim” adlı uşaq rəsm sərgi-müsabiqəsinə start verilib

“Təmiz şəhərim” adlı uşaq rəsm sərgi-müsabiqəsinə start verilib
# 11 fevral 2010 15:17 (UTC +04:00)
Bakı – APA-Economics. “Təmiz Şəhər” ASC ictimaiyyətin, xüsusilə də uşaqların diqqətini Bakı şəhərinin təmizliyinə cəlb etmək məqsədilə uşaqlar arasında rəsm sərgi-müsabiqəsi elan edib.
Qurumun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müsabiqədə kiçik və orta məktəb yaşlı (6-13 yaş) uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.
Müsabiqəyə qatılan uşaqlar doğma şəhərin təmizliyi və tullantıların ətraf mühitin çirkləndirməsinə qarşı çağırış, ekoloji tarazlığın qorunub saxlanması mövzusunda rəsmlər təqdim edə bilərlər. Müsabiqənin keçirilməsində digər əsas məqsəd balacaların sərbəst düşüncəsinə şərait yaratmaq və ekoloji mədəniyyəti kiçik yaşdan formalaşdırmaqdır.
“Təmiz şəhərim” müsabiqəsi 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə toplanan 100 ən yaxşı rəsm “Təmiz Şəhər” ASC-nin internet səhifəsində səsvermə üçün yerləşdiriləcək. İkinci mərhələdə isə rəsmlər münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər seçiləcək. Qaliblər qiymətli hədiyyələr, kuboklar və sertifikatlarla təltif olunacaq, müsabiqə iştirakçılarına rəsmlər toplusunu əks etdirən CD və xatirə sertifikatları təqdim ediləcək. Müsabiqənin nəticələri üzrə “Qız Qalası” rəsm qalereyasında şagirdlərin rəsmlərindən ibarət sərgi keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün rəsmlər A3 formatda işlənməli, arxa tərəfində müəllifin adı, soyadı, yaşı və əlaqə məlumatı qeyd olunmaqla 1 mart 2010-cu il tarixədək “Təmiz Şəhər” ASC-nin ünvanına təqdim edilməlidir.
Əlavə məlumatı www.tamizshahar.az “Təmiz Şəhər” ASC-nin internet səhifəsində və ya 437-30-82 nömrəli əlaqə telefonla almaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR