Bank Of Baku

Berlin kino festivalı Çin rejissorunun çəkdiyi filmin nümayişi ilə başlanıb

Berlin kino festivalı Çin rejissorunun çəkdiyi filmin nümayişi ilə başlanıb
# 11 fevral 2010 20:18 (UTC +04:00)
Bakı – APA. Berlin kino festivalı çinli rejissor Vanq Quanın bir vaxtlar Tayvanda yaşayan cütlüyün yenidən bir araya gəlməsindən bəhs edən “Ayrıykən biyerdə” filminin nümayişi ilə başlayıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu film Avropada bu ilin ilk kino müsabiqələrindən biri olan 60-cı Berlin kino festivalında yarışan 20 filmdən biridir.

Müsabiqəyə qatılan filmlər arasında Bosniya və İran rejissorlarının filmləri ilə yanaşı məşhur Roman Polanskinin filmi də var.

Bu il Berlin kino müsabiqəsinin qaliblərini alman kino rejissoru Verner Herzoqun rəhbərlik etdiyi 7 nəfərdən ibarət münsiflər heyəti seçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR