Bank Of Baku

Tarix Muzeyində Azərbaycan xanlıqlarının bərpa olunmuş bayraqlarının sərgisi təşkil olunub - FOTOSESSİYA

Tarix Muzeyində Azərbaycan xanlıqlarının bərpa olunmuş bayraqlarının sərgisi təşkil olunub - <font color=red>FOTOSESSİYA </font>
# 12 fevral 2010 10:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 12-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muzey eksponatlarının ikinci həyatı” adlı sərginin açılış mərasimi və bu mövzuda seminar keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərgidə bərpa olunmuş 200-ə qədər müxtəlif dövrlərə məxsus xalçalar, dəmir, mis qablar, şəkillər, afişalar və digər qədim əşyaların nümayiş olunduğunu qeyd edib. Muzey rəhbərinin sözlərinə görə, dövlət tərəfindən ayrılan 1 milyon manat vəsait hesabına ötən iki il ərzində 2 minə yaxın yeni eksponat alınıb: “Muzeyə alınan eksponatların hər biri tarixi, elmi, əhəmiyyəti olan arxeoloji, etnoqrafik eksponatlardır. Bundan əlavə tarixi sənədlər də var. Bu il ərzində isə 1600-dan artıq eksponat bərpa olunub. Bərpa işlərinə Mədəniyyət və Turizm Nazirliyinin bərpa laboratoriyası, Yaradıcı Qadınlar Assosiasiyasının əməkdaşları və muzeyin öz işçiləri cəlb olunub. Bərpa olunan əşyalar arasında metal əşyalar çoxdur. Çünki dəmirdən olan əşyalar daha tez korroziyaya uğrayıb korlanır. Bəzi eksponatları isə bərpa etmək mümkün olmadığından konservasiya edilib. Buna XVII-XIX əsrin əvvəli - Rusiyanın işğalı zamanı döyüş meydanından götürülmüş xanlıqların bayraqlarını göstərmək olar. Bayraqların çoxunun parçası üzülmüşdü, üzərindəki naxışları pozulmuşdu. Belə eksponatı bərpa etmək çox çətin və əziyyətli işdir. Bu eksponatların bərpası gələcək nəsillər çatdırılması üçün çox vacib addımdır”.

N. Vəlixanlı sərgidə müxtəlif xanlıqların bayraqlarının nümayiş olunduğunu deyib: “XVIII əsrin sonları – XIX əsrin əvvəllərində Rusiyanın işğalı zamanı döyüş meydanından götürülmüş bayraqlardır. Onların çoxu artıq pis vəziyyətə düşmüşdü, bəzilərinin naxışları pozulmuşdu. Elə vəziyyətdə idilər ki, onları sərgidə nümayiş etdirmək qeyri-mümkün idi. Eksponatların bərpa müddəti fərqli olur. Elə eksponatlar var ki, onların bərpası bir ilə baş gəlir”. N. Vəlixanlının sözlərinə görə, bu il Tarix Muzeyinin yaradılmasının 90 illiyidir və bu sərgi də yubiley silsiləsindən keçirilən tədbirlərdəndir.

Qeyd edək ki, sərgi 10 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR