Bank Of Baku

Azərbaycanlı müğənni Norveçin paytaxtı Osloda konsert proqramı ilə çıxış edib – FOTOSESSIYA

Azərbaycanlı müğənni Norveçin paytaxtı Osloda konsert proqramı ilə çıxış edib – <font color=red>FOTOSESSIYA </font>
# 13 fevral 2010 09:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Norveçdə yaşayan azərbaycanlı gənc müğənni Fariz Rzayev (FarizzZ) Norveçin paytaxtı Osloda konsert proqramı ilə çıxış edib. Konsertlə bağlı APA-ya açıqlama verən sənətçi bildirib ki, konsert onun gözlədiyindən də maraqlı keçib və tamaşaçılar üçün yaddaqalan olub. Azərbaycanlı müğənninin 1 saat 30 dəqiqə davam edən çıxışı tamaşaçılar tərəfindən bəyənilib. Müğənni tamaşaçıların istəyi ilə planda olmayan mahnılar ifa etdiyini deyib: “Konsertdə səslənən bütün mahnıları canlı olaraq ifa etdim. Konsertim “NAYO” Norveç Azərbaycan Gənclər Təşkilatı tərəfindən təşkil olunmuşdu”.

Müğənni onu da bildirib ki, Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu olan “Ogae Azerbaijan”da onu dəstəkləyir və fan-klubun vitse-prezidenti Ömər Əbdülkərimov hər zaman ona dəstək olacaqlarını bildirib. Müğənni açıqlamasında payız aylarında Azərbaycanda da böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırdığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR