Bank Of Baku

ABŞ müğənnisi Hadley: “Azərbaycan muğamını çox sevirəm” – FOTO

ABŞ müğənnisi Hadley: “Azərbaycan muğamını çox sevirəm” – <font color=red>FOTO</font>
# 13 fevral 2010 13:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. "Addicted to love" mahnısı ilə məşhurlaşan ABŞ-ın gənc müğənnisi Hadley Bakıya gəlib. APA-ya açıqlama verən müğənni Azərbaycan mədəniyyətindən az da olsa xəbərdar olduğunu vurğulayıb: “Azərbaycan mədəniyyəti ilə bağlı çox məlumata malik deyiləm. Ancaq Azərbaycan muğamı barədə məlumatım var və muğamı çox sevirəm. Azərbaycana ilk gəlişim olduğu üçün bu ölkə barədə çox da bilgiyə sahib deyiləm“.

Hadley bildirib ki, Bakıya gəlməmişdən əvvəl internet vasitəsi ilə məlumat toplayıb və baxdığı şəkillərdə bu şəhəri özü üçün kəşf edib: “Azərbaycana gəlməyimə çox sevinirəm. İlk səfərimin də məhz 14 fevrla – Sevgililər gününə düşməsi məni ayrıca sevindirir. Mən bütün sevən insanlara uğurlar arzulayıram. Bakı sevgiyə çox yaxın şəhərdir”.
ABŞ müğənnisi musiqi karyerasına iki il bundan əvvəl başladığını və musiqiyə xüsusi həvəsinin olduğunu diqqətə çatdırıb: “Mənim ixtisasım iqtisadçıdır, ancaq musiqiyə olan həvəsim məni bu sahəyə gətirdi. Hazırda mənim ən məşhur hitim "Addicted to love"dır. Ancaq sizin qarşınızda söz verirəm ki, hazırda üzərində işlədiyim ikinci albomum da bir çox mahnılar hitə çevriləcək və burada da seviləcək. Mahnımın Bakı klublarında hit olması və sevilməsi çox gözəl hadisədir. Bundan xəbərsiz idim”.
Hadley eləcə də müsəlman dininin daşıyıcılarına çox böyük hörmətlə yanaşdığını diqqətə çatdırıb və insanları dinlərə bölmədiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ müğənnisinin Azərbaycanda üç gün olacağı gözlənilir. Müğənni bu gün Bakıda “Face club”da “Amerikadan məhəbbətlə” adlı proqramla çıxış edəcək. Bu konsert 14 fevral - Sevgililər Gününə həsr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR