Bank Of Baku

Heydər Əliyev Sarayında “Telli sazın meydanı” adlı konsert keçiriləcək

Heydər Əliyev Sarayında “Telli sazın meydanı” adlı konsert keçiriləcək
# 15 fevral 2010 09:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 3-də Heydər Əliyev Sarayında “Telli sazın meydanı” adlı konserti keçiriləcək. Bu barədə APA-ya məlumat verən Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə bildirib ki, konsertdə Göyçə, Naxçıvan, Şirvan, Gəncə, Qazax, Tovuz, Borçalı, Kəlbəcər, Gədəbəy, Daşkəsən, Ağstafa aşıqları iştirak edəcək. Konsert Heydər Əliyev Sarayın və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Bir neçə gündən sonra konsertin biletlərinin satışa çıxarılması nəzərdə tutulur. “Telli sazın meydanı” adı altında keçiriləcək konsertin biletlərinin qiyməti 10-30 manat arasındadır. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR