Bank Of Baku

Akademik Milli Dram Teatrının kollektivi yeni tamaşanın məşqlərinə başlayıb

Akademik Milli Dram Teatrının kollektivi yeni tamaşanın məşqlərinə başlayıb
# 16 fevral 2010 13:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinin ifasında ilk dəfə olaraq Eduardo de Filippo yaradıcılığına müraciət olunub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, italyan neorealizminin banisi olan Eduardo de Filipponun “Oğru cənnətdə və yaxud Vinçenso de Pretore” tamaşasının məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu Xatirə Şirəliyeva, bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Tamaşada əməkdar artistlər Cəfər Namiq Kamal, Kazım Abdullayev, Telman Əliyev, Əsgər Məmmədoğlu, Kazım Həsənquliyev, aktyorlar Vəfa Rzayeva, Anar Heybətov, İradə Həsənova, Məzahir Cəlilov, Rəşad Bəxtiyarov, Elnur Qədirov iştirak edirlər. Pyes Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət proqramı çərçivəsində hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR