Bank Of Baku

İstiqlal Muzeyində “Xocalıdan gələn haray” adı altında sərgi təşkil olunacaq

İstiqlal Muzeyində “Xocalıdan gələn haray” adı altında sərgi təşkil olunacaq
# 17 fevral 2010 13:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İstiqlal Muzeyində “Xocalıdan gələn haray” adı altında sərgi təşkil olunacaq. Muzeydən APA-ya verilən məlumata görə, həmin sərgidə Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq şöbəsinin müdiri, tanınmış heykəltəraş Xanlar Əhmədovun əl işləri nümayiş etdiriləcək. Fevralın 24-də keçirilməsi nəzərdə tutulan sərgidə Xocalı soyqırımına da nəzər salınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR