Bank Of Baku

Azərbaycan kinostudiyası Amerikanın “Bros.Production” LLC kompaniyası əməkdaşlıq edəcək

Azərbaycan kinostudiyası Amerikanın “Bros.Production” LLC kompaniyası əməkdaşlıq edəcək
# 18 fevral 2010 14:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın “Nərimanfilm” kinostudiyası və Amerikanın “Bros.Production” LLC kompaniyası “Birgə filmlərin istehsalı və Azərbaycan Respublikasında istehsal olunmuş filmlərin irəliləyişi” üzrə əsas müqavilə bağlayıblar. Kinostudiyadan APA-ya verilən məlumata görə, müqaviləyə əsasən “Nərimanfilm” kinostudiyası Azərbaycanda filmlərin istehsalı ilə məşğul olacaq, “Bros.Production” LLC kinoşirkəti isə “Nərimanfilm” kinostudiyasına filmlərin istehsalında maddi-texniki köməklik göstərəcək. Həmçinin, “Bros.Production” LLC kompaniyası respublikamızda istehsal olunmuş filmlərin Azərbaycandan kənarda yayılması məsələsində də yardımçı olacaq. Amerika kinoşirkətinin ilk olaraq, post-prodakşn işləri 2010-cu ilin yazında başa çatdırılan “Sahə” tammetrajlı bədii filmi (ssenari müəllifi və rejissoru İlqar Safat) ilə məşğul olacağı nəzərdə tutulur. “Sahə” bədii tammetrajlı filmi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin “PAŞABank”-ın maliyyə dəstəyi ilə “Nərimanfilm” kinostudiyası, “Georgiafilm” kinostudiyası və “Bagirafilms”(Gürcüstan) kino şirkətinin birgə istehsalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR