Bank Of Baku

Şirvanşahlar Sarayında 20 konsertdən ibarət “Əbədi Muğam” layihəsi həyata keçiriləcək – FOTO

Şirvanşahlar Sarayında 20 konsertdən ibarət “Əbədi Muğam” layihəsi həyata keçiriləcək – <font color=red>FOTO </font>
# 18 fevral 2010 15:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 24-də “Əbədi muğam” adlı layihə çərçivəsində Bakının Şirvanşahlar Sarayında həftəlik muğam konsertlərinin silsiləsi davamı keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva deyib. O bildirib ki, fevralın 17-dən etibarən hər çərşənbə günü muğam konsertləri davam edəcək, silsilənin açılışı isə fevralın 24-ü xanəndə Ehtiram Hüseynovun çıxışı ilə başlayacaq. Bu dəfə layihə çərçivəsində Azərbaycanın gənc muğam ifaçılarının iştirakı nəzərdə tutulur.
Hazırda YUNESKO - Yaponiya Məqsədyönlü Fondunun keçirdiyi layihənin ikinci mərhələsində muğam səsyazma arxivlərinin bərpası, Azərbaycanın bir sıra rayonlarında muğam ustadlarının açıq dərslərinin və konsertlərinin keçirilməsi, 2010-cu ilin iyun ayında Bakıda muğam ifası üzrə yay məktəbinin təşkili də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR