Bank Of Baku

Kanadada Azərbaycan filminin xeyriyyə premyerası keçiriləcək

Kanadada Azərbaycan filminin xeyriyyə premyerası keçiriləcək
# 18 fevral 2010 16:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ötən il 33-cü Monreal Dünya Film Festivalının mükafatçısı olmuş və kanadalı seyrçilər tərəfindən rəğbətlə qarşılanmış rejissor Şamil Nəcəfzadənin “Qala” filmi Kanadanın Toronto və Ottava şəhərlərində nümayiş etdiriləcək.

APA-nın məlumatına görə, premyera nümayişi Azərbaycanın Kanadadakı səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə mart ayının 19 və 30-da keçiriləcək.

Torontonun “Bloor Cinema” kinoteatrında martın 19-da təşkil olunacaq nümayişdən yığılacaq vəsait Azərbaycanın qaçqın və məcburi köçkünlərinə göndəriləcək. Ottavada martın 30-da baş tutacaq filmin premyerası zamanı əldə olunan vəsaitlər isə Haiti zəlzələsi qurbanlarına yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR