Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiyanın tanınmış teatr xadimlərinin iştirakı ilə ustad dərslər təşkil olunacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiyanın tanınmış teatr xadimlərinin iştirakı ilə ustad dərslər təşkil olunacaq
# 19 fevral 2010 10:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiyanın tanınmış teatr xadimlərinin iştirakı ilə fevralın 21-dən 28-dək gənc aktyorlar üçün ustad dərslər təşkil olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu layihə teatr rəhbərliyin təklifinə əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə həyata keçiriləcək. Sankt-Peterburq Teatr Akademiyasının aktyor sənəti kafedrasının müdiri, Rusiyanın əməkdar incəsənət xadimi, professor Benyamin Mixayloviç Filştinski aktyor sənəti üzrə və Rusiyanın əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Sergey İnamoviç Qrisay plastik hərəkətlər üzrə məşğələlər aparacaqlar. Bundan əlavə, Rusiyanın RTR televiziyasının mədəniyyət kanalının rejissoru Mixail Falkin teatrın aktyorları üçün “Müasir televiziyada aktyor sənətinin rolu” mövzusunda mühazirələr oxuyacaq.
Mühazirələr fevralın 22-dən 27-dək hər gün teatrın kiçik səhnəsində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR