Bank Of Baku

Londonda Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb

Londonda Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb
# 19 fevral 2010 13:35 (UTC +04:00)
Bakı – APA. Fevralın 18-də Londonun nüfuzlu “Sothebys” Qalereyasında Buta Festivalının təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Səfirlikdən APA-ya verilən xəbərə görə, “Görünməmiş Salahov” adlanan sərgidə tanınmış rəssamın Azərbaycan həyatının müxtəlif çalarlarını təsvir edən 30-dan artıq əsəri nümayiş etdirilir.

Açılış mərasiminə Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, britaniyalı sənətsevərlər, bu ölkədə yaşayan Azərbaycan, türk və rus icmalarının təmsilçiləri, jurnalistlər qatılıb.

Qalereyanın direktoru Lord Poltimor məşhur rəssamın əsərlərinin Londonda nümayiş olunmasından məmnunluğunu bildirərək Azərbaycana səfəri zamanı ölkənin zəngin incəsənət irsi ilə tanışlığından bəhs edib. Səfir Fəxrəddin Qurbanov isə tanınmış rəssamın əsərlərindən ibarət sərginin Britaniyada təşkil olunmasını mühüm hadisə kimi qiymətləndirərək mədəniyyətin xalqlar arasında körpü rolunu oynadığını vurğulayıb.

Sonda çıxış edən Tahir Salahov sərginin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Sərgi fevralın 25-nə qədər ictimaiyyət üçün açıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR