Bank Of Baku

Zəlimxan Yaqub: “Hər bir aşıq çıxışı zamanı Aşıq Ələsgəri başının üzərində görməlidir” - FOTO

Zəlimxan Yaqub: “Hər bir aşıq çıxışı zamanı Aşıq Ələsgəri başının üzərində görməlidir” - <font color=red>FOTO</font>
# 19 fevral 2010 13:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 19-da Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclas bir müddət əvvəl dövlət tərəfindən Aşıqlar Birliyinə verilən yeni binada baş tutub. İclasda hazırda aşıq sənətinə göstərilən diqqətlə yanaşı, mövcud problemlər və aşıq sənətinin inkişafı yolunda nəzərdə tutulan layihələrdən söhbət açılıb. İclasda çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub ötən il Azərbaycanın aşıq sənətinin YUNESKO-nun mədəni-irs siyahısına salınmasını böyük nailiyyət kimi qiymətləndirib: “Ölkə başçısının və ölkənin birinci xanımının səyi nəticəsində aşıq sənəti bu gün çox yüksəlib. Ən əsası məhz bu səylərin nəticəsi olaraq aşıq sənəti YUNESKO-nun mədəni-irs siyahısına daxil edildi. Bununla da bütün dünyaya aşıq sənətinin məhz bizə aid olduğunu sübut etdik. Bu gün aşıq sənəti ilə yanaşı aşıqlara da hörmət artıb. 30 il bundan öncə biz sazla çölə çıxanda bizi məsxərəyə qoyurdular. Sazla sənətə getmək mümkünsüz bir hala çevrilmişdi. Çox şükür ki, artıq saza qayıdış və aşıq sənətinin qarşısında yaşıl işıq var”.

Z. Yaqub onu da vurğulayıb ki, ötən ilkindən fərqli olaraq bu il aşıqların konserti daha tez-tez keçiriləcək: “Sabah Gədəbəy aşıqlarının, martın 3-də isə Azərbaycanın bütün region aşıqlarının konsertini keçirəcəyik. Azərbaycan Dövlət Filarmoniyasında Göyçə aşıqlarının konsertinin təşkilini nəzərdə tuturuq”. Birlik sədri vurğulayıb ki, illik planda eyni zamanda bu ilin yay aylarında “Sazımızın şöhrəti” adı altında saz axşamı təşkil edilməsi də var. Bununla bərabər “Ozan dünyası” dərgisinin nəşrə hazırlandığını da deyən Zəlimxan Yaqub, bu jurnalda aşıq sənəti ilə bağlı maraqlı yazıların, eyni zamanda tanınmış və istedadlı aşıqlarla bağlı məlumatların əks olunacağını bildirib. Bir neçə aşığın hazırda televiziya ekranlarında şou nümayiş etdirdiklərini də dilə gətirən sədr, bunu neqativ hal kimi qiymətləndirib: “Üç aşıq çıxış televiziya ekranlarında şou nümayiş etdirir. Biz çalışıb aşıq sənətini hörmətə qaldırırıq, ancaq hansısa üç aşıq gəlib bizim bütün əziyyətimizi yerə vurur. Bu gün bütün televiziyalarda aşıqlar üçün yol açıqdır. Ancaq bu formada çıxış etmək aşıq sənətinə yaraşmır. Gərək hər bir aşıq çıxışı zamanı oturuşu, duruşu, danışığı ilə etika nümayiş etdirsin. Mən bunu hər birinizdən tələb edirəm. Hər bir aşıq çıxışı zamanı Aşıq Ələsgəri başının üzərində görməlidir”.

İclasda çıxış edən filologiya elmləri doktoru, professor Həsən Mirzə aşıq sənətinin gələcək nəsillərə çatdırılması üçün lazımi tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR