Bank Of Baku

Almaniyada yaşayan skripka ustası Faiq Əliyev 30 illik aradan sonra Azərbaycana gəlib - FOTO

Almaniyada yaşayan skripka ustası Faiq Əliyev 30 illik aradan sonra Azərbaycana gəlib - <font color=red>FOTO</font>
# 19 fevral 2010 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Uzun illərdir Almaniyada yaşayan skripka ustası Faiq Əliyev 30 il sonra ilk dəfə olaraq Azərbaycanda konsert proqramı ilə çıxış edəcək. APA-nın məlumatına görə, bu məqsədlə vətənə gələn F. Əliyev keçirdiyi mətbuat konfransında fevralın 21-də Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Kamera Orkestri ilə birgə konsert verəcəyini, konsertə xalq artisti Teymur Göyçayevin dirijorluq edəcəyini açıqlayıb: “Mən Bülbül adına Musiqi Məktəbini bitirdikdən sonra Qafqaz skripkaçıları müsabiqəsinin qalibi, respublika skripkaçıları müsabiqəsinin laureatı olmuşam. Daha sonra Moskvaya getdim və musiqi təhsilimi Moskvada davam etdirdim. Sonralar Almaniyada yaşamalı oldum. Bu müddətdə bir çox xarici ölkədə - Amerikada, Macarıstanda, Fransada, Belçikada konsert proqramları ilə çıxışlar etmişəm. 30 ildən sonra Bakıda verəcəyim konsertdə Paqanininin skripka və orkestr üçün yazdığı əsərləri səsləndirəcəyəm”.

Faiq Əliyev Almaniyada Mədəniyyət Mərkəzi yaratdığını və Azərbaycan musiqisini, incəsənətini Avropada təbliğ etmək niyyətində olduğunu söyləyib. O, bir çox xarici ölkədə master-klasslar verdiyini, musiqi kursları keçdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR