Bank Of Baku

Bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 19 fevral 2010 15:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə yubilyarın həyat və yaradıcılığından danışıb. İttifaq sədri bildirib ki, Sevda İbrahimova dəyərli sənətkar olmaqla yanaşı, gözəl insan və yaxşı dostdur: “70 illik fəaliyyəti dövründə Sevda xanım Azərbaycan mədəniyyətinə xidmət edib. Bəstəkarlıq sənətimizə verdiyi töhfələr isə danılmazdır. Sevda xanımın yaş baxımından kompleksi yoxdur, çünki o hər zaman çox gözəl və təravətlidir. Çox sevindirici haldır ki, bizim bu cür bəstəkarlarımız var”.
Tədbirdə çıxış edən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da yubilyarın yaradıcılığından danışıb.

Daha sonra yubiley gecəsi Sevda İbrahimovanın əsərlərindən hazırlanmış konsert proqramı ilə davam etdirilib. Proqramda “Qurbansız qalan tarım”, “Laylay”, “Deyir gözün”, “Ceylaya”, “Əzizlərimin xatirəsinə”, “Yaşa, ülvi məhəbbətim”, “Necə sevməyim səni”, “Məhəbbət işığı” və digər musiqi əsərləri ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR