Bank Of Baku

Azərbaycanda foto müsabiqəsi keçirilir

Azərbaycanda foto müsabiqəsi keçirilir
# 20 fevral 2010 09:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. «Rossotrudniçestvo»nun Azərbaycandakı nümayəndəliyi – Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi «Yaz süjetləri» adlı həvəskar foto müsabiqəsi elan edib. APA-nın məlumatına görə, müsabiqə 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramına həsr olunub. Foto əsərlər martın 15-nə kimi qəbul olunur.
Müsabiqənin qaliblərinə müxtəlif mükafatlar və diplomlarla təltif olunacaqlar. Ən maraqlı foto əsərlər müəllifin icazəsi ilə Rusiyada və digər ölkələrdə keçiriləcək beynəlxalq müsabiqələrə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR