Bank Of Baku

Azərbaycanlı karikaturaçının əsəri Təbriz Karikatura Muzeyinin daimi ekspozisiyasında nümayiş olunacaq

Azərbaycanlı karikaturaçının əsəri Təbriz Karikatura Muzeyinin daimi ekspozisiyasında nümayiş olunacaq
# 22 fevral 2010 11:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İranda ənənəvi təşkil olunan IX Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına əsasən müsabiqənin xüsusi mükafatına azərbaycanlı rəssam Bayram Hacızadə layiq görülüb. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi İdarə Heyətindən APA-ya verilən məlumata görə, müsabiqənin I mükafatı iranlı rəssam Əli Şabaniyə, II mükafatı bolqarıstanlı rəssam Valentin Georgievə, III mükafatı isə türkiyəli rəssam Ömər Cama təqdim olunub.
Müsabiqənin xüsusi mükafatına layiq görülmüş Bayram Hacızadənin müəllifi olduğu karikatura Təbriz Karikatura Muzeyinin daimi ekspozisiyasında nümayiş olunacaq. Təbriz Karikatura Assosiasiyasının idarə heyətinin qərarına əsasən Bayram Hacızadə bu təşkilata fəxri üzv seçilib. Bu münasibətlə mart ayında Təbriz Karikatura Assosiasiyasının prezidenti Rəhim Əsgərinin Bakıya səfəri gözlənilir. Məhz bu səfər çərçivəsində müsabiqənin xüsusi mükafatının və xüsusi diplomunun qalibə təqdimetmə mərasimi keçiriləcək. Məlumatda o da bildirilib ki, bu il Bakıda İran karikaturaçılarının və İranda Azərbaycan karikaturaçılarının geniş tərkibli sərgisinin təşkil olunması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR