Bank Of Baku

Özfəaliyyət rəqs kollektivlərinin baxış-müsabiqəsi keçirilir

Özfəaliyyət rəqs kollektivlərinin baxış-müsabiqəsi keçirilir
# 22 fevral 2010 11:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 21-28 fevral tarixlərində özfəaliyyət rəqs kollektivlərinin “Çal oyna- 2010” baxış-müsabiqəsi keçirilir. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının milli dəyərlərini qoruyub saxlamaq, regionlarda mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq, qeyri-maddi mədəni irsin ayrılmaz hissəsi olan mili rəqs sənətinə marağı artırmaq, yeni rəqs kollektivlərinin yaradılmasını təmin etmək, onların ifaçılıq səviyyəsini gücləndirməkdir. Abşeron, Masallı, Mingəçevir və Zaqatala rayonlarında keçirilən müsabiqədə yaşından asılı olmayaraq mədəniyyət müəssisələri nəzdində fəaliyyət göstərən rəqs kollektivləri, habelə solo ifaçıları iştirak edir. Müsabiqənin qalibləri nazirliyin əmri ilə yaradılmış münsiflər heyətinin qərarı ilə müəyyənləşəcək. Qaliblərinə mükafat və diplomlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR