Bank Of Baku

“40-cı qapı” filmi il ərzində bir çox beynəlxalq film festivallarında iştirak hüququ qazanıb

“40-cı qapı” filmi il ərzində bir çox beynəlxalq film festivallarında iştirak hüququ qazanıb
# 22 fevral 2010 12:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Ritm production” kino şirkətinin istehsal etdiyi “40-cı qapı” bədii filmi ABŞ-ın Klivlend və Tiburon, eləcə də Xantı Mansiysk, Sinqapur, Hong Kong, Tayvan, Fransa, İspaniya , Yaponiya və digər ölkələrdə keçiriləcək beynəlxalq festivallarında iştirak hüququ qazanıb. “Ritm production” kino şirkətinin direktoru və filmin baş prodüseri Xaqani Həşimovun APA-ya verdiyi məlumata görə, bu film artıq beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqələrdə iştirak üçün seçilib.

Filmin rejissoru Elçin Musaoğlu və baş rollardan birinin ifaçısı Rövşən Ağayev fevralın 26-dan – martın 4-dək Xantı Mansiyskdə keçiriləcək VIII Beynəlxalq “Dux Oqnya” festivalında iştirak edəcəklər. X. Həşimov bildirib ki, dünya kino festivallarının yüksək mükafatlarına layiq görülmüş və uğurlar qazanmaqda davam edən “40-cı qapı”nın kinosevərlər üçün Azərbaycan premyerasının bu ilin aprelində Heydər Əliyev Sarayında keçirilməsini planlaşdırılır.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ritm Production”da çəkilmiş “40-cı qapı” bədii filmi 2009-cu ildə dünyanın 19 nüfuzlu kino festivalında müsabiqələrdə iştirak edib, kinoteatrlarda nümayiş olunub və müxtəlif nominasiyalarda 7 mükafat qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR