Bank Of Baku

Bəşir Səfəroğlunun 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Bəşir Səfəroğlunun 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
# 22 fevral 2010 13:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycanın xalq artisti Bəşir Səfəroğlunun 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir martın 11-də baş tutacaq. Teatr kollektivi ilk əvvəl sənətkarın Fəxri Xiyabandakı məzarını ziyarət edəcək. Həmin gün axşam Bəşir Səfəroğlunun sənətdə davamçısı olan xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşası göstəriləcək. Tamaşa Bəşir Səfəroğluya həsr ediləcək.Teatrın foyesində isə Bəşir Səfəroğlunun yubileyi münasibəti ilə hazırlanan fotosərgi nümayiş olunacaq.

Qeyd edək ki, Bəşir Səfəroğlu Bakıda anadan olub. 27 illik aktyorluq fəaliyyəti olan sənətkar Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəylinin klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib. Bəşir Səfəroğlunun “Azərbaycanfilm”in istehsal etdiyi “Əhməd haradadır?” və “Ulduz” filmlərində Sərxoş və Gülümsərov, “Tacikfilm”in çəkdiyi “Xoca Nəsrəddinin 12 qəbri” kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.
Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycan Resrublikasının əməkdar artisti, 25 iyun 1968-ci ildə isə xalq artisti fəxri adları verilib.
Bəşir Səfəroğlu 1969-cu il martın 23-də, 44 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR