Bank Of Baku

Bu il Azərbaycanda teatr sahəsində iki böyük beynəlxalq tədbir həyata keçiriləcək

Bu il Azərbaycanda teatr sahəsində iki böyük beynəlxalq tədbir həyata keçiriləcək
# 22 fevral 2010 16:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bu ilin payızında Azərbaycan paytaxtında teatr sahəsində iki böyük beynəlxalq tədbir həyata keçiriləcək”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib. Nazir qeyd edib ki, ilk tədbirin sentyabr ayında keçirilməsi nəzərdə tutulub ki, bu da Çexov Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsi sayılır: “İkinci tədbir isə noyabr ayında baş tutacaq. Bu tədbir beynəlxalq teatr konfransı olacaq”. Konfransda bir sıra tanınmış ölkələrin teatr xadimlərinin iştirakı nəzərdə tutulur. Tədbirdə həmçinin Azərbaycan teatrının problemləri və gələcək perspektivlərinin müzakirəsi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR