Bank Of Baku

Bakıda Milli Teatr Festivalının təntənəli açılış mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda Milli Teatr Festivalının təntənəli açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 fevral 2010 17:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakıda ilk dəfə olaraq gerçəkləşən Milli Teatr Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festival çərçivəsinə respublikada fəaliyyət göstərən 27 teatrın iştirak etdiyini deyib. Nazir qeyd edib ki, festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub: “Teatr festivalı on ay müddətində davam edəcək. Fikrimcə, festival Azərbaycan teatrının inkişafına xidmət edəcək. Bu festival həmçinin region teatrlarının məsuliyyətini də artırmış olacaq”.
Festivalın açılışında iştirak edən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Milli Teatr Festivalını çox yüksək qiymətləndirib. O bildirib ki, bu gün Gəncə Dövlət Dram Teatrının kollektivinin ifasında “Ölüm hökmü” romanı əsasında hazırlanmış eyni adlı tamaşa nümayiş etdiriləcək və o ilk dəfə olaraq öz əsərinin səhnə variantını məhz bu gün izləyəcəyini bildirib.
Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatr tarixini əks etdirən foto sərgi də nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR