Bank Of Baku

Alim Qasımov “Sərhədsiz musiqi” proqramı çərçivəsində Nyu-Yorkda “Carnegie Hall”da çıxış edəcək

Alim Qasımov “Sərhədsiz musiqi” proqramı çərçivəsində Nyu-Yorkda “Carnegie Hall”da çıxış edəcək
# 23 fevral 2010 07:55 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Azərbaycanın məşhur muğam ifaçısı Alim Qasımov öz ansamblı ilə birlikdə ABŞ-a səfər edəcək. O martın 14-də Nyu-Yorkda “Carnegie Hall”da çıxış edəcək. Bu barədə APA-nın Vaşinqton müxbirinə “Carnegie Hall”dan məlumat verilib.
Alim Qasımov Nyu-Yorkda “Sərhədsiz musiqi” proqramı çərçivəsində çıxış edəcək. Bu proqram çərçivəsində bir çox məşhur müğənnilər “Carnegie Hall”da çıxış edəcəklər. Onların arasında koreyalı Dohee Lee və Əfqan rübab ifaçısı Homayoun Sakhi də var. Konsertin biletləri artıq satılıb, biletlərin qiyməti 28-42 dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR