Bank Of Baku

İçərişəhərdə “Muğam axşamları” keçiriləcək

İçərişəhərdə “Muğam axşamları” keçiriləcək
# 23 fevral 2010 13:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati və informasiya dəstəyi ilə “Muğam axşamları” adlı yeni layihənin keçirilməsinə start verilir. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, 20 həftə ardıcıl təşkil olunacaq “Muğam axşamları”ndan ibarət silsilənin gənc xanəndələrin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Muğam konsertləri fevralın 24-dən başlayaraq hər çərşənbə günü saat 17.00-da Şirvanşahlar Sarayı Kompleksində keçiriləcək.
Bu layihə 2007-2008-ci illərdə YUNESKO, Mədəniyyət və Turizm Nazirliyi və Yaponiya Hökumətinin dəstəyi ilə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən icra olunan “Əbədi Muğam“ layihəsi çərçivəsində Şirvanşahlar Sarayı Kompleksində keçirilən həftəlik muğam konsertləri silsiləsinin davamıdır. Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, İçərişəhər və muğam YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil edilmiş dəyərlərdir. Bu mənada Şirvanşahlar Sarayında keçiriləcək muğam axşamları həm musiqisevərlər, həm də Azərbaycanın tarixi ilə maraqlananlar üçün dəyərli tədbir olacaq.
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və “Mugamradio” internet radiokanalının təşkilati dəstək göstərdiyi konsert silsiləsi xanəndə Ehtiram Hüseynovun çıxışı ilə başlayacaq. Növbəti konsertlərdə Oksana Aslanova, Nişanə Baxışova, Nəzər Bəylərov, İlkin Əhmədov, Arzu Əliyeva, Rəvanə Ərəbova, Qoçaq Əsgərov, Nasir Ətapur, Şəmsəddin İbrahimov, Gülnar İsayeva, Aytən Məhərrəmova, Zülfiyyə Məmmədova, Abgül Mirzəliyev, Vüqar Musayev, Vüsalə Musayeva, Babək Niftalıyev, Könül Tağıyeva, Vüsal Zamanov, Elnur Zeynalov çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR