Bank Of Baku

İçərişəhərdə “Muğam axşamları”nın açılışı keçirilib – FOTOSESSIYA

İçərişəhərdə “Muğam axşamları”nın açılışı keçirilib – <font color=red>  FOTOSESSIYA </font>
# 24 fevral 2010 16:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Bakıda Şirvanşahlar Sarayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə növbəti “Muğam axşamları” layihəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun nümayəndəsi Cahangir Səlimxanov həyata keçirilən layihəni yüksək qiymətləndirib və bu cür tədbirlərin daha tez-tez təşkilini arzulayıb. “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Huriyev layihənin 20 həftə ardıcıl təşkil olunacağını bildirib və silsilənin gənc xanəndələrin iştirakı ilə keçirildiyini bildirib. O bildirib ki, İçərişəhər və muğam YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil edilmiş dəyərlərdir: “Tarixi və mədəni dəyərlərimizi qorumaq, onları yaşadaraq gələcək nəsillərə çatdırmaq hər birimizin məsuliyyətidir. Bu mənada Şirvanşahlar Sarayında bu gün açılışını etdiyimiz muğam axşamlarının həm musiqisevərlə, həm də tariximizlə maraqlananlar üçün dəyərli bir tədbir olacağına inanıram”. Açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva muğam axşamlarının yüksək səviyyədə keçəcəyində əminliyini bildirib.
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və “Muğamradio” internet radiokanalaının da təşkilati dəstək göstərdiyi konsert silsiləsi xanəndə Ehtiram Hüseynovun çıxışı ilə başlayıb. Gənc muğam ifaçısını əməkdar artistlər Malik Mansurov və Elşən Mansurov tar-kaman da müşayiət ediblər. E. Hüseynov tədbir iştirakçılarının qarşısında “Rast” muğamını ifa edib. Növbəti konsertlərdə Oksana Aslanova, Nişanə Baxışova, Nəzər Bəylərov, İlkin Əhmədov, Arzu Əliyeva. Qoçaq Əsgərov, Nasir Ətapur, Vüsalə Musayeva, Babək Niftəliyev və digər gənc muğam ifaçılarının konsertləri təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR