Bank Of Baku

Azərbaycanın gənc dirijoru Nyu-Yorkun “Karneqi xoll” zalında konsert verib – FOTO

Azərbaycanın gənc dirijoru Nyu-Yorkun “Karneqi xoll” zalında konsert verib – <font color=red>FOTO </font>
# 25 fevral 2010 11:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fevralın 24-də dünyanın ən nüfuzlu konsert salonlarından biri olan Nyu-Yorkun “Karneqi xoll” zalında (“Carnegie Hall”) azərbaycanlı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin konserti keçirilib. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, həmin gecə həmyerlimiz Nyu-Yorkun “Olimpiya“ Simfonik Orkestrinə dirijorluq edib. Konsert dünya şöhrətli “Kolumbiya” konsert agentliyi və Sankt-Peterburqun “Musiqi Olimpi” Fondu tərəfindən təşkil olunub. “6 parlayan ulduz” (“Six rising stars”) adlanan qala-konsertdə Əyyub Quliyevlə bərabər beynəlxalq müsabiqələrin qalibləri - Şitvan Varday (violonçel - Macarıstan), Jesiq Li (tenor – Koreya Respublikası), Fenq Ninq (skripka - Çin), Yuliya Novikova (soprano - Rusiya) və Yohannes Fiəer (zərb alətləri - Almaniya) iştirak ediblər. Konsertin proqramına – Motsart, Verdi, Puççini, Maskanyi, Delib və Rimski-Korsakovun operalarından ariyalar və parçalar, həmçinin, Ştraus, Ravel, Çaykovski və Massnenin müxtəlif janrlarda yazılmış simfonik və instrumental əsərləri daxil edilib. Əyyub Quliyev “Karneqi xoll” salonunda çıxış edən ilk azərbaycanlı dirijordur. Həmin salon 1891-ci ildə istifadəyə verilib və həmin səhnədə ilk dəfə dahi bəstəkar Pyotr Çaykovski çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR