Bank Of Baku

İncəsənət Muzeyində “Xocalı harayı” kitabının təqdimatı keçirilib

İncəsənət Muzeyində “Xocalı harayı” kitabının təqdimatı keçirilib
# 25 fevral 2010 16:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Fevralın 25-də Azərbaycan Dövlət İncəsənət Muzeyində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Rəssamlar İttifaqının üzvü Dadaş Məmmədovun “Xocalı harayı” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitab rejissor-rəssam Nazim Məmmədovun Xocalı faciəsinin onilliyinə həsr etdiyi əsərlər haqqındadır. Müəllif bildirib ki, kitabda Xocalı faciəsinin dünyaya yayılmasında misilsiz rolu olan telejurnalist Çingiz Mustafayevin portreti də yer alıb.
Tədbirdə Nazim Məmmədovun Xocalı faciəsinə həsr etdiyi əsərlərin bir qismi sərgilənib. İctimaiyyətə təqdim olunan 40-a yaxın rəngkarlıq və qrafika əsərlərini rəssam 2002-ci ildə İncəsənət Muzeyinə hədiyyə edib.
Qeyd edək ki, Nazim Məmmədov “Cırtdan”, “Humayın yuxusu”, “Toplan və onun kölgəsi”, “Tülkü həccə gedir”, ’Ayı və siçan”, “Göyçək Fatma” və bu digər məşhur cizgi filmlərinin quruluşçu rəssamı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR