Bank Of Baku

Azərbaycanda Şopenin 200 illiyi qeyd olunur

Azərbaycanda Şopenin 200 illiyi qeyd olunur
# 26 fevral 2010 10:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Polşalı bəstəkar Frederik Şopenin 200 illiyi münasibətilə Azərbaycanda bəzi tədbirlər keçiriləcək. Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, martın 2-də Bakı Musiqi Akademiyasında, martın 4-də isə Azərbaycan Dövlət Filarmoniyasında polşalı pianoçu Stanislav Deyin və Azərbaycan musiqiçilərin iştirakı ilə yubiley konsertləri keçiriləcək.

Konsertin təşkilatçıları Polşa səfirliyi və Mədəniyyət və Turizm Nazirliyidir. Yubiley tədbirlərinə Heydər Əliyev Fondu, Polşanın Qiymətli Kağızlar Fabriki, Azərbaycan Dövlət Filarmoniyası, Bakı Musiqi Akademiyası və “Parallel” restoranı dəstək verir.

Qeyd edək ki, Polşa Seymi 2010-cu ili Frederik Şopen İli elan edib. 2009-cu ildə Azərbaycanda Şopen İli üzrə Fəxri Komitə yaranıb. Komitəyə Polşa səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Filarmoniya və Musiqi Akademiyanın nümayəndələri daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR