Bank Of Baku

Rəmiş: “Mən yetim oğlan, onlar isə nazirlik - yəqin mənimlə maraqlanmağa vaxtları yoxdur”

Rəmiş: “Mən yetim oğlan, onlar isə nazirlik - yəqin mənimlə maraqlanmağa vaxtları yoxdur”
# 01 mart 2010 10:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Cansağlığı insan həyatı üçün çox vacibdir. Sözsüz ki, xəstəliyimdən dolayı çox həyəcan keçirdim. Ancaq Allahıma şükür edirəm ki, yaxşıyam və ciddi bir xəstəliyim yoxdur”. Bu açıqlamanı APA-ya Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan Azərbaycanın əməkdar artisti, tanınmış gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) verib.

O bildirib ki, xəstəxanada qaldığı müddətdə həmkarları, eləcə də dostları ona baş çəkib. Hətta Rəmişin xəstəxana xərcləri də dostları tərəfindən ödənilib. Özünü yaxşı hiss etdiyini deyən Rəmiş tez sağalmaq üçün həkimlərin sözündən çıxmır: “Bu həftənin sonuna evə buraxılmağım nəzərdə tutulur. Burada qaldığım müddətdə gitara çala bilməmişəm, evə gedən kimi gitara çalmağı düşünürəm. Xəstəliyim ciddi deyil və əməliyyat olunmadığım üçün bunun işimə təsiri olmayacaq. Sağalıb evə çıxandan sonra məclislərə gedəcəyəm”.

Musiqiçi Mədəniyyət və Turizm Nazirliyinin onunla bu vaxta kimi maraqlanmadığını da diqqətə çatdırıb, ancaq bunun səbəblərini də özü üçün aydınlaşdırıb: “Mən yetim oğlan, onlar isə nazirlik. Həm də axı onların işi çoxdur, maraqlanmağa vaxtları yoxdur. Mən dövlətimdən də, nazirlikdən də razıyam”.

Qeyd edək ki, Rəmiş fevralın 16-da nəfəs çatışmazlığı və bağırsaq keçməzliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Musiqiçinin bu həftə evə buraxılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR