Bank Of Baku

Tiflisdə mahnı və rəqs ansambllarının beynəlxalq festival-müsabiqəsi keçirilib - FOTO

Tiflisdə mahnı və rəqs ansambllarının beynəlxalq festival-müsabiqəsi keçirilib - <font color=red>FOTO</font>
# 01 mart 2010 12:23 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflis şəhərində İdman Sarayında Gürcüstanın xalq artisti, gürcü xoreoqrafiya məktəbinin banisi Cano Baqrationinin 100 illiyinə həsr edilmiş mahnı və rəqs ansambllarının beynəlxalq festival-müsabiqəsi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, festivalda bu ölkədə fəaliyyət göstərən gürcü və etnik azlıqda yaşayan millətlərin rəqs qrupları iştirak ediblər. Festivalda Azərbaycan rəqslərini azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupunun üzvləri ifa ediblər. Rəqs qrupu festivalda 3 nominasiya üzrə müsabiqədə iştirak edib. Azərbaycanlı rəqqasələr “Sarı gəlin”, “Qızlar rəqsi” və “Yallı” Azərbaycan xalq rəqslərini nümayiş etdiriblər. Tədbirdə “Sarvan” folklor rəqs qrupunun rəhbəri Cəmilə Məmmədova festival-müsabiqənin diplom və qızıl medalına layiq görülüb.
“Sarvan” folklor rəqs qrupunun rəhbəri Cəmilə Məmmədova APA-ya açıqlamasında bildirib ki, bu, onların birinci qələbəsi deyil: “Qrupumuz dəfələrlə müsabiqələrdə birinci yerə çıxıb. İnanıram ki, münsiflər heyəti bizim rəqqasələrin nümayiş etdirdikləri rəqsləri bəyənəcəklər. Bu, bizim üçün çox vacibdir. Çünki həmin festival-müsabiqədə Cavaxetiyadan gəlmiş ermənilər də Azərbaycan rəqs musiqilərini sintez edərək qondarma “Sarı gəlin” rəqsini nümayiş etdirdilər. Musiqi eyni ilə bizim musiqi idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR