Bank Of Baku

Aktrisa Lütfiyyə Səfərova dünyasını dəyişib

Aktrisa Lütfiyyə Səfərova dünyasını dəyişib
# 02 mart 2010 08:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, "Şirbalanın ilk məhəbbəti" filmində yaratdığı Nazlı obrazı ilə yaddaşlarda qalan Lütfiyyə Səfərova martın 1-də axşam 20:00 radələrində müalicə olunduğu 2 saylı Əfəndiyev adına xəstəxanada 68 yaşında dünyasını dəyişib. Xəstəxananın əsəb şöbəsinin müdiri Yusif İsmizadənin APA-ya verdiyi məlumata görə, aktrisa həyatda son gününü koma vəziyyətində keçirib: “Əvvəlcə halı yaxşılaşdı, sonra komaya düşdü. Vəziyyətinin pisləşməsinin əsas səbəbi şəkərlə bağlı idi. 24 gün müddətində biz Lütfiyyə xanıma çox yaxşı baxdıq, təəssüflər olsun ki, komaya düşdü və dünyasını dəyişdi”. Şöbə müdiri bildirib ki, dünyasını dəyişdikdən sonra aktrisanın övladları onu gəlib aparıblar.

Qeyd edək ki, L. Səfərova 2 saylı Əfəndiyev adına xəstəxanaya fevralın 6-da ağır vəziyyətdə yerləşdirilib.

Lütfiyyə Səfərova 45 ilə yaxın Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müxtəlif obrazlar yaradıb. Lütfiyyə xanım psixi pozğunluqdan ciddi əziyyət çəkməsi səbəbdən 2 il əvvəl teatrdan ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR