Bank Of Baku

Məşhur rusiyalı dirijor Andrey Anixanov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Sevilya bərbəri” operasını idarə edəcək

Məşhur rusiyalı dirijor Andrey Anixanov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Sevilya bərbəri” operasını idarə edəcək
# 03 mart 2010 08:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında martın 13-də keçiriləcək “Sevilya bərbəri” operasını məşhur rusiyalı dirijor, Rusiyanın əməkdar artisti, Sankt-Peterburq Akademik Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Andrey Anixanov dəvət edilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün tamaşanı məhz rusiyalı dirijor idarə edəcək. A. Anixanov Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasını bitirib. 1989-cu ildən dirijor kimi çalışır, 1992-2008-ci illərdə Musorqski-Mixaylovski adına Akademik Opera və Balet Teatrının baş dirijoru olub. A. Anixanovun repertuarında hazırda 60-a yaxın opera və balet tamaşası və rəngarəng konsert proqramları var.

O, ABŞ, Yaponiya, İtaliya, Fransa, Almaniya, İspaniya, Portuqaliya, Polşa, Finlandiya, Cənubi Koreya, İsrail və digər ölkələrdə uğurlu qastrol səfərlərində olub, Rusiya və dünyanın ən məşhur musiqiçiləri ilə birlikdə çıxış edib. Peterburq Filarmoniyasının, Rusiya Böyük Teatrının simfonik orkestrləri, Rusiya milli orkestri, habelə Yaponiya, Fransa, ABŞ, Estoniya, Litva və İtaliyanın simfonik orkestrlərini idarə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR