Bank Of Baku

Məşhur aktyor Yuri Stepanov avtomobil qəzasında həlak olub

Məşhur aktyor Yuri Stepanov avtomobil qəzasında həlak olub
# 03 mart 2010 12:38 (UTC +04:00)
Moskva-APA. Rusiyanın populyar teatr və kino aktyoru Yuri Stepanov avtomobil qəzasında həlak olub. APA-nın məlumatına görə, qəza bu gecə paytaxtın Lyublinsk küçəsində baş verib. Tamaşadan sonra evə qayıdan aktyorun mindiyi taksi “Mazda” markalı avtomobillə toqquşub. Zərbədən aşan taksi qarşı xəttə çıxıb və bu zaman öndən gələn digər bir avtomobillə təkrar toqquşub. Aktyor hadisə yerindəcə dünyasını dəyişib. Yuri Stepanovun meyitini maşından yalnız xilasedicilər gəldikdən sonra çıxarmaq mümkün olub. Faktla bağlı cinayət işi başlanıb.
Aktyor Yuri Stepanov 1967-ci ildə İrkutsk vilayətində anadan olub. İrkutsk teatr məktəbini əla qiymətlərlə bitirən Stepanov 1993-cü ildən peşəkar aktyor fəaliyyətinə başlayıb. Vısotski festivalının və “Kontakt-93” beynəlxalq festivalının laureatı olan aktyor kinoda da çoxsaylı yaddaqalan obrazlar yaradıb. İlk dəfə Georgi Daneliyanın “Oryol i reşka” filmində epizodik rol ifa edən aktyora kino şöhrətini “Vətəndaş rəis” və “Cərimə batalyonu” seriallarında yaratdığı obrazlarla qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR