Bank Of Baku

Fərhad Bədəlbəyli Londonda konsert proqramı ilə çıxış edəcək

Fərhad Bədəlbəyli Londonda konsert proqramı ilə çıxış edəcək
# 04 mart 2010 12:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Londonda konsert proqramı ilə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən musiqiçi bildirib ki, konsertdə onun şah əsərlərindən biri səslənəcək. Hazırda Londonda səfərdə olan Fərhad Bədəlbəylinin konserti “Buta” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək. Konsertdə Fərhad Bədəlbəylini London Simfonik Orkestri müşayiət edəcək. Musiqiçinin konsertinin martın 7-də keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR