Bank Of Baku

Kanadada azərbaycanlı qaçqınların həyatından bəhs edən tamaşa nümayiş etdirilib

Kanadada azərbaycanlı qaçqınların həyatından bəhs edən tamaşa nümayiş etdirilib
# 04 mart 2010 18:42 (UTC +04:00)
Bakı-APA. Kanadanın Kvebek şəhərində Borde və İ.N.K. teatrlarının birgə dəstəyilə «Gülnarənin donu» (La Robe de Gulnara) adlı pyesa nümayiş etdirilib. Tamaşanın premyerasında Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev də iştirak edib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, modern üslubda səhnələşdirilmiş tamaşanın dramaturqu İzabel Hubert, bədii rəhbəri J.S.Uellette-dir. Əsər, Azərbaycanda vaqonlarda məskunlaşmış qaçqınların həyatından bəhs edir və dramatik xarakterlidir.

Tamaşaçılarla dolu zal pyesanı böyük rəğbətlə qarşılayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR