Bank Of Baku

Azərbaycan paytaxtında Şopenin 200 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Azərbaycan paytaxtında Şopenin 200 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
# 05 mart 2010 08:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Polşa bəstəkarı Friderik Şopenin 200 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski F. Şopenin yalnız paytaxt Bakıda deyil, Azərbaycanın bütün regionlarında tanınmasının və sevilməsinin çox sevindirici hal olduğunu bildirib.

Polşalı pianoçu Stanislav Deya və azərbaycanlı pianoçu Nərmin Nəcəfli Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Şopenin fortepiano və orkestr üçün 1 və 2 saylı konsertlərini ifa ediblər.

Tədbirdə Azərbaycan rəsmiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri, dipkorpus təmsilçiləri iştirak ediblər.

Konsertin təşkilatçıları Polşa səfirliyi və Mədəniyyət və Turizm Nazirliyidir. Tədbirə Heydər Əliyev Fondu və Polşanın Qiymətli Kağızlar Fabriki dəstək verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR